Həqiqət olan yerdə
Güc olmaz zərdə.
Çətində, darda
Qeyrət çəkənlərik,
Biz talışlarıq.
Qılınc vuran, ox vuran,
Düşmənə dağ çəkən,
Şimşək kimi çaxan
Babəkin qollarıyıq,
Biz talışlarıq.
Bilirik xeyri, şəri,
Heç kim bizə gülməsin.
Şair Zülfuqarın
Şairlik şöhrətiyik,
Biz talışlarıq.
Çox möhkəm olar qaya,
Ona atan az olar,
Güllə qarşısında şux dayanan,
Həzi nişanəsiyik,
Biz talışlarıq.
İlham, nə qədər ki, varıq,
Hər bir xalq ilə dostuq,
Öz yolumuzda doğruyuq,
Pis yola getmərik,
Biz talışalrıq.
|
Başın çatıb göylərə,
Buludlar yan-yörəndə.
İnsanı vəcdə gətirən,
Ey bizim uca dağlar!
Haqqa yaxın olan dağlar.
Şəlalələrin şırhaşırdadır,
Gün işığı nurundadır.
Çayların gurhagurdadır,
Ey bizim uca dağlar!
Haqqa yaxın olan dağlar.
Bulaqların billur şuşədir,
Kol-kosların bənöşədir,
Hər yanın dəmirağac meşəsidir,
Ey bizim uca dağlar!
Haqqa yaxın olan dağlar.
Padşah kimi durmusan,
Top-tüfəngin çiynində.
Hər tərəfi pusursan.
Ey bizim uca dağlar!
Haqqa yaxın olan dağlar.
Hündür, gözəl, qamətli,
Mərd talış səninlədir.
Vətənimin başında papaqsan,
Ey bizim uca dağlar!
Haqqa yaxın olan dağlar.
|